Воскресенье, 22.10.2017, 17:52
Приветствую Вас Гость | RSS

ХАБАР - ХАДИС

Каталог файлов

Главная » Файлы » Умар ибн Хаттаб

Meyite ağlamaq Ömar tarafindan qadağan edilmişdir
10.09.2007, 16:03

Meyitə ağlamaq Ömər tərəfindən qadağan edilmişdir. Ömər rəvayət edir ki, Peyğəmbər meyitə ağlamağı qadağan etmişdir, Ümmül-möminin Ayişə onun səhvini bərpa edir.

 

Buhari və Müslüm ibn Abbasda belə nəql edirlər: “Ömər zərbələnən zaman Suheyb belə deyiridi: “Ey qardaşım vay! Bay qardaşım vay!” Sonra onun başı üstünə gəldi, Ömər dedi: “Suheyb! Mənə ağlayırsan? Halbuki Peyğəmbər “Meyit qohum-əqrəbasının ona ağladığına görə əzaba düçar olur” - deyə buyurmuşdur” İbn Abbas deyir: Ömər dünyadan getdikdən sonra bu işi Aişəyə dedim. O dedi: Allah Öməri bağışlasın! Allaha and olsun ki, Peyğəmbər “Allah möminə, qohum-əqrəbasının ona ağladığına görə əzab verir” deyə buyurmayıb, əksinə o, belə buyurmuşdur: “Allah kafiri, qohum-əqrəbasının ona ağladığına görə əzaba düçar edər” Sonra dedi: “Sizin Quranınız kifayətdir, orada buyurulur: Və la təziru vazirətun vizrə uxra” – heç kəs başqasının günah yükünü öhdəsinə çəkməz”. İbni Abbas bura çatanda dedi: “Ağladan da, güldürəndə Allahdır”. (Səhih Buxari “Cənaiz” kitabı, cild 1 səh 155, 156; Səhih Müslüm “Cənaiz” kitabı, səh 641, hədis 22)

 

Ondan sonrakı rəvayətdə belə deyilir: Aişənin yanında İbni Ömərin dediyi “Meyit qohum-əqrəbasının ona ağladığına görə əzaba düçar olur” – sözündən söhbət açıldı, Aişə dedi: Allah onu bağışlasın! Bir şeyi eşidib, lakin yadında yaxşı saxlaya bilməyib. Məsələ belə olmuşdu: Yəhudi bir şəxsin cənazəsini – qohumları ona ağladığı halda – Peyğəmbərin yanından keçirdirdilər. O həzrət buyurdu: “Siz ağlayırsız, ona isə əzab verilir”. (Səhih Müslüm “Cənaiz” kitabı, səh 642, 643 hədis 25, 26, 27)

Категория: Умар ибн Хаттаб | Добавил: admin
Просмотров: 932 | Загрузок: 0 | Рейтинг: 0.0/0

ПОСЛЕДНИЕ СООБЩЕНИЯ ФОРУМА

Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Лента Новостей

Статистика