Суббота, 16.12.2017, 16:55
Приветствую Вас Гость | RSS

ХАБАР - ХАДИС

Каталог статей

Главная » Статьи » Статьи

Ben Bazin qebir kenarinda quran ve namazin oxunmasi haqda fetvalari
Qəbir kənarında namaz qılıb, quran oxumaq böyük şirkə səbəb olan bidətlərdəndir. Çünki Allahın rəsulu (s) buyurmuşdur: “Allah yəhudi və məsihilərə lənət etsin, onlar öz peyğəmbərlərinin qəbirlərini məscidə çeviriblər”
 
Peyğəmbər (s) müsəlmanlara xitabən buyurmuşdur: “Agah olun, sizdən əvvəlkilər öz peyğəmbərlərinin və salehlərinin qəbrini məscidə çevirdilər. Ehtiyatlı olun ki, qəbirləri məscid etməyəsiniz. Mən bu işi sizə qadağan edirəm” (“Töhfətul-ixvan”, Ben Baz, səh 10-18)
 
İbn Baz bu iki rəvayəti nəql etdikdən sonra belə nəticə çıxarır: “Bu iki rəvayətdən məlum olur ki, qəbir kənarında namaz və quran oxumaq, qəbirin üzərində bir şey tikmək şirk səbəbidir. Bu işləri yəhudi və məsihilər görürdü, indi isə onu bu ümmətin cahilləri davam etdirir. Onlar qəbir əhlinə ibadət edir, onlar üçün qurban kəsir, nəzir edirlər. Ölülərdən xəstələlərinə şəfa, düşmənləri üzərində qələbə istəyirlər. Bu işlər Hüseyn (ə) qəbri kənarında yerinə yetirilir. Peyğəmbər (s) qəbir üzərində tikinti, qəbirlərin üzlüklənməsini, qəbir üzərində oturmağı, qəbir üzərində gümbəz qaldırmağı, qəbirin üstünü yazmağı qadağan etmişdir. Bu işlər yəhudi və məsihilərin işlərinə oxşadığından, böyük şirkə səbəb olduğundan qadağandır” (“Töhfətul-ixvan”, Ben Baz, səh 13-15).
 
Qəbir (olan yerdə) kənarında namaz qılmağın qadağan olmasının batil olmasını mən başqa temalarda qeyd etmişəm və birdə qısa olaraq təkrar etmək istərdim ki, Məscidul-həramda bir neçə şəxs dəfn olunub ki, bütün müsəlmanlar da o qəbirlərin üstündə və yanında namaz qılırlar. Bu: Həzrət İsmayıl, anası Həcər, ərdə olmamış qızları. Həzrəti Nuh, Hud, Saleh və Şüeyb, bunların qəbirləri Hacərlə zəmzəm arasındadır. Həmçinin rükn və məqamdan zəmzəmədək 99 peyğəmbərin qəbri var. (“Tarixul-qəvim”, Məhəmməd Tahir əl-Kordi, cild 2 səh 579-580).
 
Əslində İbn Bazın istinad etdiyi xədislərdə quran oxunması barədə söz yoxdur. Bununla belə ittihamçılardan soruşulmalıdır ki, Məscidul-həramda quran oxuyanlar müşrikdirlərmi? Məgər Aişə peyğəmbərin qəbri kənarında quran oxumurdumu?
 
İbn Teymiyyə deyir: “Məzhəb böyüklərinin ümumi fikri belədir ki, hər bir meyyit dirinin namaz, oruc, quran qiraəti və sədəqəsindən bəhrələnir” (“Səlatul-mumin” əl-Qəhtani cild 2, səh 1379).
 
Sələfilərin digər başçısı İbn Qəyyim deyir: “Müsəlmanlar ölülər üçün bağışlanma istəsələr, sədəqə versələr, həssi yerinə yetirsələr, oruc tutsalar, namaz, quran və zikr oxusalar, savabı ölülərə çatar” (“Səlatul-mumin” əl-Qəhtani cild 2, səh 1379).
 
İbn Baz digər bir kitabda yazır: “Sədəqənin, həcc və ümrənin, meyitin borcunun ödənilməsinin, dua və tövbənin savabı meyitə çatar. Amma quran və namazın, həm də təvafın meyit üçün olmaması daha yaxşıdır” (Məcmuu fətavi, Ben Baz, cild 3, səh 259; “Səlatul-mümin” əl-Qəhtani cild 2, səh 1382).
 
Başqa bir mənbədə deyir: “Yaxşı olar ki, qəbir ziyarətçisi dua edib yalvarsın, ölülərdən ibrət götürsün və meyit üçün quran oxusun. Ziyarətçinin quran oxuması meyit üçün faydalıdır” (Əl-fiqh ələl məzahibil-ərbəə, cild 1 səh 471).
 
Maraqlıdır ki, bütün sünnə əhli, sələfilər, İbn Bazın özü, adətən, quran oxunmasını ölü üçün faydalı olmasını bildiyi halda, “Tühfətul-ixvan” (Ben Bazın kitabı) kitabında bu iş şirk sayılır. Özü də böyük şirk! Bu hökmün hansı əsasla verildiyi məlum deyil.
 
--------------------------------------
 
İbn Bazın fətvasına görə, qəbir kənarında namaz qılmaq düzgün deyil. O deyir ki, qəbir kənarında namaz qılan adama mane olmaq lazımdır. ("Töhvətul-ixvan" Ben Baz səh 14 və 68).

Ben Baz (ondan qabaq isə İbn Təymiyyə) etiraf edir ki, ölülər ziyarətçilərin səsini eşidir və ruhları qaytarıldıqdan cavab da verirlər. ("Məcmuu fətavi" Ben Baz cild 13 səh 235; "Səlatul-mumin" əl-Qəhtani səh 1391).
Amma başqa kitabında öz dediyinə zidd olaraq ölüləri çağırmağı onlara ibadət kimi dəyərləndirir və bunu şirk sayır. ("Töhvətul-ixvan" Ben Baz səh 12)
Категория: Статьи | Добавил: admin (10.09.2007)
Просмотров: 1670 | Рейтинг: 0.0/0

ПОСЛЕДНИЕ СООБЩЕНИЯ ФОРУМА

Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Категории раздела

Поиск

Лента Новостей

Статистика