10.09.2007, 16:27 | |
İbni Əbdi Rəbbih Maliki yazır: Xəlifə Ömər hicrətin 21-ci ilində Əbu Hüreyrəni Bəhreynə vali təyin etmiş, 23-cü ilində isə onu vəzifəsindən azad edərək yerinə Osman ibni Əbil Ası göndərmişdir. Əbu Hüreyrənin bu vəzifədən kənaşdırılmasının əsas səbəbi onun vəzifəsindən sui-istifadə edərək beytul-maldan on min dinar pulu oğurlaması olmuşdur. Ömər xəlifə olduğu müddət ərzində bu məsələni nəyin bahasına olursa olsun, həll edib pulları beytul-mala qaytarmaq istəyirdi. Dəlil üçün İbni Əbdi Rəbbih Malikinin “Əlqdul-Fərid” kitabının birinci cildində Ömər barəsində ediyi sözlərə diqqət yetirin: “Ömər Əbu Hüreyrəni yanına çağırıb dedi: Özün yaxşı bilirsən ki, sən Bəhreynə vali təyin edildikdən sonra bir cüt çarığın belə yox idi. Amma indi eşidirəm ki, özün üçün min altı yüz dinarlıq bir neçə seçmə at alıbsan. Əbu Hüreyrə dedi: atlar doğaraq artıblar. O ki, qaldı şəxsi əşyalara, onlar camaatın mənə verdiyi hədiyyələrdir. Ömər dedi: Mən əvvəlcədən sənin bütün xərclərini vermişdim, deməli sənin ixtiyarında olan hər bir şey artıqdır və sən onları (beytul-mala) qaytarmalısan. Əbu Hüreyrə həyəcanlı halda dedi: Yox, sən bunu etməzsən. Ömər dedi: And olsun Allaha, bu işi görəcəyəm, hələ üstəlik sənə şallaq da vuracağam. Ömər dediyi işi də etdi: Əbu Hüreyrənin bədəni bir neçə yerdən yaralanana qədər ona şallaq zərbəsi vurdu. Sonra yenə malların qaytarılmasını tələb etdi. Əbu Hüreyrə dedi: Onların Allah yanında olduğunu hesab et. Ömər dedi: Əgər halal yol ilə alsaydın, dediyin kimi edərdim. Amma camaat onu sənin qarnın və gözün doymaq üçün yox, Allah yolunda (imkansız) bəndələri üçün vermişlər! Yoxsa sən üzaq yerdən gəlibsən? (Yəni hamı səni çox yaxşı tanıyır) Anan Əmimə səni eşşək otarmaqdan başqa bir iş üçün doğmayıb!” Ibni Əbdi Rəbbih Əbu Hüreyrədən belə nəql edir: “Ömər məni Bəhreyn valiliyindən uzaqlaşdırdıqdan sonra dedi: Ey Allah və Quranın düşməni! Allahın malınımı oğurlayıbsan? Mən cavabında dedim: Mən nə Allahın, nə də Onun kitabının düşməniyəm. Mən yalnız sizin düşmənlərinizin düşməniyəm. Allahın malını da oğurlamamışam. Ömər soruşdu: Bəs bu on min dinarı haradan və necə əldə etmisən? Dedim: Bunlar döğaraq artmış atlar və ardıcıl mənə verilən hədiyyələrdir. Sonra Ömər onların hamısını məndən aldı. Mən də sübh namazından sonra dua edərək Allahdan Ömərin bağışlanmasını istədim.“ İbni Həcər Əsqalani də özünün “Əl-isabə” adlı kitabında Əbu Hüreyrənin həyatından danışarkən bu hadisəyə işarə etmişdir. O, Əbu Hüreyrənin tərəfini saxlayaraq alimlər arasında yekdil olan bir həqiqəti inkar edərək onlarla müxalif bir mövqedə durmuşdur. Amma o yaddan çıxarmışdır ki, o özünün bu əməli ilə Əbu Hüreyrəni cəzalandıraraq mənimsənilmiş malları beytul-mala qaytaran xəlifəyə böyük tənə vurmuş və onun məqamına xələl gətirən şeylər söyləmişdir.
| |
| |
Просмотров: 1381 | Загрузок: 0 | |
Всего комментариев: 0 | |