Şeyx Mühəmməd Useyminin cavabı Bu
hədis əzəmətli hədisdir, bəzi alimlər deyiblər ki, təvatur həddinə
çatıb. Və şəkk yoxdur ki, hədis “mustəfiz” və “məşhur”-dur. Bu hədisdə
böyük faydalar olduğuna görə, şeyxul-islam ibn Teymiyyə onu ayrica
kitabda şərh edib. Hədisdə “Rəbbimiz nazil olur” kəlməsini əsas tutaraq
Allah subhanəhu və təalanın nazil olmasının sübutu var. “Nazil olmaq”
Allahın fe`liyyə sifətlərindəndir, çünki, nazil olmaq fe`ldir. Bu
“nazil olmaq”, həqiqətən, Allahın özünün nazil olmasıdır. Cünki,
rəsulallah “nazil olmağı” Allaha aid etdi. Biz bilirik ki, rəsulallah
insanlar arasında Allahı əz yaxşı tanıyan idi. Və bunu da bilirik ki,
rəsulallah xalqın ən fəsih və təmiz danışanı, xalqa xəbəri doğru
çatdırandır, onun kəlamında yalandan bir şey yoxdur. Mümkün deyil
rəsulallah Allah təala haqda bir şey deyə ki, nə onun adlarında, nə
sifətlərində, nə fe`llərində, nə də hökmlərində olmaya. Allah Taala buyurur: “Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi. Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! Sonra onun şah damarını qopardardıq!” (69:44-46) Bilirik
ki, Rəsulullah (s) xalqın ən yaxşı nəsihət verənidir, xalqdan heç kim
xalqa nəsihət verməkdə onunla bərabər deyil. Və aydındır ki, onun
bəndələrdən istədiyi hidayətdən başqa bir şey deyil. Bütün
nəsihətlərindən bu məlum olur ki, bəndələrdən zəlalətə düşməklərini
istəmir. Və o (s) xalqın içində Allahı ən yaxşı tanıyanıdır, xalqın
içindən xalqa ən yaxşı nəsihət verənidir. Insanlarla danışıqda ən fəsih
və təmiz danışandır. Və onun insanlardan istədiyi yalnız onların
hidayət olmasıdır. Əgər kimsə desə “Allah nazil olur” və bunu zahiri mənadan başqa bir mənaya aid etsə, o şəxs yalnız peyğəmbəri elmsizlikdə ittiham etmiş olur. Məsələn əgər desə: məqsəd əmri ilə nazil olmaqdır. Cavabında biz ona deyərik: sən Allahı Onun rəsulundan yaxşı tanıyırsan?! Peyğəmbər buyurur: “Rəbbimiz nazil olur”, sən isə deyirsən: “Rəbbimizin əmri nazil olur”.
Sən daha yaxşı bilənsən ya rəsulallah (s)?! Yaxud ona töhmət vurursan
ki, peyğəmbər xalqın nəsihət olunmasını istəməyib, çünki onlarla mubhəm
(üstü örtülü) danışıb, bu sözü deyərkən başqa bir şeyi nəzərdə
tutmuşdur. Aydındır ki, bir insan camaata bir şeyi desə, amma fikri
başqa bir şey olsa, bu camaata nəsihət edilməsi kimi sayıla bilməz. Yaxud
biz ona deyərik: sən indi rəsulallaha töhmət vurdun ki, “o fəsih deyil”
(təmiz danışmır). Bəlkə danişiği naqisdir? Dediyi sözdən iradə etdiyi
ifadəni çatdira bilmir? Demək istədiyi budur ki, “Rəbbimizin əmri nazil
olur”, lakin deyir: “Rəbbimiz nazil olur”? Peyğəmbər bu ikisinin
arasında fərqi bilmir? Sənin bu kəlamın peyğəmbrin şəninə ləkədir.
Gərək sən Allahdan qorxasan və peyğəmbərin dediyinə iman gətirəsən ki,
həqiqətən Allah təala Özü nazil olur.
| |||
| |||
Просмотров: 1533 | |
Всего комментариев: 0 | |